Paşinyanın Sumqayıt yalanı - VİDEO

Paşinyanın Sumqayıt yalanı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın son cəfəngiyyatı məhz Sumqayıt hadisələri üzərində qurulub. Adam həyasızcasına iddia edib ki, Dağlıq Qarabağ münaqişəsi guya Sumqayıt hadisələrinə görə başlayıb. Əslində Sumqayıt hadisələrinin bütünlüklə erməni və SSRİ DTK-sının təxribatından başqa bir şey olmadığını Nikol çox gözəl bilir, amma hətta bilmirsə də belə yada salmaqda bir xeyir var. Beləliklə Sumqayıt hadisələri haqqında təkcə bu işi araşdıran peşəkarlar deyil, həm də sənədlər danışır.

Dağlıq Qarabağ münaqişəsinin qızışdığı 1988-ci ildə Ermənistandan qovulan 40 mindən artıq qaçqının pənah gətirdiyi Sumqayıt bu təxribatı törətmək istəyənlərə açıq idi.

Bütün bunlardan sonra Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin başlanması üçün Sumqayıt hadisələrini əsas gətirməsi gülünc görünmürmü? Axı yaxın tariximizi yaşayanlar və izləyənlər yaxşı bilir ki, Sumqayıt təxribatına qədər Qarabağda iki azərbaycanlı öldürülmüş, Ermənistandan azərbaycanlı əhali deportasiya olunmuşdu. Sadəcə Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi üçün ermənilərin əlində tutarlı səbəb yox idi. Sumqayıt məhz bunun üçün düşünüldü.

Mənbə: www.realtv.az