Gürcüstan MSK Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək

Gürcüstan MSK Azərbaycanda bələdiyyə seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək

Tbilisi, 13 noyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.

Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının üzvü Dimitri Cavaxadze AZƏRTAC-a açıqlamasında deyib.

D.Cavaxadze bildirib ki, Gürcüstan MSK Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün artıq müvafiq dəvət alıb. MSK rəhbərliyi müşahidə missiyasının göndərilməsinə razılıq verib. MSK üzvlərindən başqa, parlamentin deputatlarının da müvafiq beynəlxalq təşkilatların tərkibində Azərbaycanda keçiriləcək seçkiləri izləyəcəkləri gözlənilir. Amma hələlik nə MSK-dan, nə də parlamentdən neçə müşahidəçinin Azərbaycana gedəcəyi məlum deyil.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az