Maduro etirazlardan öncə küçələrdə milis patrulları yerləşdirir

Maduro etirazlardan öncə küçələrdə milis patrulları yerləşdirir

Venesuela prezidenti Nikolas Maduro siyasi rəqiblərinin ona qarşı kütləvi nümayişlər keçirməyə çağırdığı bir vaxt ölkədə xalq milisi patrullarının sayını artırır.

Televiziya ilə yayımlanan çıxışında Maduro ölkədə 3,2 milyon xalq polisini Venesuela küçələrində patrul etməyə çağırıb. Maduro bu çağırışı ölkənin yüksək səviyyəli hərbi rəhbərlərinin əhatəsində olduğu zaman edib.

Maduronun patrulları gücləndirməsi ilə onu devirmək üçün təxminən bir ildir ki, kampaniya aparan müxalif millət vəkili Xuan Quaydonun etiraz çıxışı üst-üstə düşüb. ABŞ da daxil olmaqla 50-dən çox dövlət Xuan Quaydonu dəstəkləyir.

Quaydo son aylarda hələ ki böyük nümayiş keçirə bilməyib. Amma Latın Amerikasının bir sıra ölkələrində siyası iğtişaş dalğaları güclənib. Boliviyanın sosialist lideri Evo Morales belə iğtişaşların nəticəsində bazar günü istefa verdiyini elan edib.

Maduro Boliviya prezidentini sarsıdan “imperialist” güvvələrin indi də onu devirməyə çalışdığını söyləyib.

Mənbə: www.amerikaninsesi.org