Ərdoğanın Vaşinqton səfəri ABŞ mətbuatında: "Heç bir lider..."

Ərdoğanın Vaşinqton səfəri ABŞ mətbuatında: "Heç bir lider..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşü ABŞ mətbuatında yer alıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə iştirak edən "New York Times" qəzetinin müxbiri Maykl Krouli dərc etdiyi xəbərin başlığında "Onun böyük fanatıyam. Tramp Ərdoğanı yaxşı qarşıladı" sözlərini yazıb.

Krouli məqaləsində "Barış Pınarı" əməliyyatından sonrakı hadisələrə toxunub. Müxbir danışıqların çox yaxşı və səmərəli keçdiyini, "S-400" məsələsinin isə həll edilmədiyini qeyd edib.

"Washington Post" qəzetindəki xəbərlərdə prezident Ərdoğanın mətbuat konfransını iki ölkə arasındakı problemləri həll etmək üçün bir fürsət kimi qiymətləndirilib.

Görüşdə iştirak edən "CNN" telekanalının müxbiri Kevin Liptak ABŞ Prezidenti Trampın "güclü liderlərə" yaxınlığına dair nümunələrə istinad edib. Məqalədəki ən diqqət çəkən açıqlama "Ancaq heç bir lider Ərdoğan kimi Trampdan istədiyinə nail ola bilmədi" ifadəsi olub.

Gülnar Qafarlı

Mənbə: open.az