“KİM İSTƏYİR GƏLSİN”: TRAMP DİKTATORLARLA ABŞ—IN XEYRİNƏ GÖRƏ GÖRÜŞÜR

“KİM İSTƏYİR GƏLSİN”: TRAMP DİKTATORLARLA ABŞ—IN XEYRİNƏ GÖRƏ GÖRÜŞÜR

Ötən gün prezident Donald Tramp (Donald Trump) bəyan edib ki, diktatorlarla görüş “ABŞ-ın xeyrinədirsə”, buna heç bir maneə görmür. “Ölkə liderləri, kral və kraliçalar, baş bazirlər, prezident və diktatorlar ilə görüşəndə heç kimi rədd etmirəm”, - Tramp Nyu York İqtisadi klubunda baş tutan geniş çıxışında bildirib. Bu barədə “CNBC” telekanalı xəbər verir.

“Müxtəlif insanlar gəlir. Diktaturlar? Olsun. Kim istəyir gəlsin. Təki ABŞ bundan udsun. Axı biz xalqımızı dəstəkləməyə çalışırıq, - deyə ABŞ prezidenti qeyd edib. – Ancaq demək olar hamı birinci mənə bunu söyləyir: “İqtisadi artım münasibətilə təbrik edirik””.

Deyəsən, Tramp bu bəyanatı ilə ABŞ-ın ənənəvi xarici siyasətinin ziddinə gedir. Belə ki, ABŞ uzun illər insan hüquqlarına hörmət edən demokratik dövlətləri dəstəkləmək, diktatorlar və despotları təcrid etmək üçün nəhəng təsir gücündən istifadə edib.

Görünür, bu rəylər prezidentin yazılı müraciətinə uyğun gəlmir. Dövlət başçısı həmin müraciətdə Amerika iqtisadiyyatının möhkəmlənməsinə görə administrasiyaya haqq qazandırır. Daha əvvəl Ağ Evin çıxarışlarında Trampın səlahiyyət müddəti ərzində iş yerlərində və əmək haqlarındakı artım vurğulanıb.

Trampın diktatorlar haqqında söylədiyi sözlərin əvvəlcədən hazırlanmış çıxış mətninə daxil edilib edilmədiyi məlum olmayıb. Ağ Ev məsələyə aydınlıq gətirməyib.

Mənbə: www.xpressa.net