Pentaqon rəhbəri Türkiyəyə əməkdaşlıq təklif etdi

Pentaqon rəhbəri Türkiyəyə əməkdaşlıq təklif etdi

“Ankara görünür, Rusiyadan silah tədarükü və Suriyaya müdaxiləsi ilə əlaqədar NATO-dan uzaqlaşıb”.

Cebhe.info-nun məlumatına görə, ABŞ-ın müdafiə naziri Mark Esper belə açıqlama ilə çıxış edib.

“Türkiyənin bizim sıralarımıza qayıtması lazımdır. Onlar uzun illər Koreyadakı hərbi əməliyyatlarda Birləşmiş Ştatların yaxşı müttəfiqi olub, Əfqanıstanda bizimlə birlikdə iştirak edib”, - Esper “Reuters”ə belə deyib.

“Ona görə də əlaqələrimizi, xüsusən də hərbi səviyyədə qurmağa davam etməliyik ki, bu çətin dövrü keçməyimizə kömək edəcək güclü əlaqələr qura bilək”, - deyə Pentaqon rəhbəri əlavə edib.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info