Lukaşenkodan Kremlin ünvanına qəzəbli sözlər: “Biz havayı yeyənlər deyilik...”

Lukaşenkodan Kremlin ünvanına qəzəbli sözlər: “Biz havayı yeyənlər deyilik...”

Belarus prezidenti Aleksandr Lukaşenko belorusların nə Rusiyanın ayağındakı daş, nə də “çörəkyeyən”i olduğunu deyib. Onun sözlərinə görə, rəsmi Minsk Rusiya ilə ittifaq dövləti çərçivəsində sərhədlərin qorunması ilə məşğuldur və bu onlara ucuz başa gəlmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko bu sözlərini Təhlükəsizlik Şurasının katibi Stanislav Zas və Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşdə söyləyib.

Dövlət başçısı Rusiya və Belarus sərhədçiləri arasında hər hansı çətinlik yaşanmadığı, lakin iş hökumət səviyyəsinə qalxdıqda ortaya xeyli sualların çıxdığını deyib. “Həmişə bizim başımıza bu sözlərlə qaxınc edirlər: “Belarusu saxlayan bizik, əgər bizim dotasiyalarımız olmasa, batarsınız”. Lakin sərhədi birgə qorumanın bizə neçəyə başa gəldiyini onlara xatırlatmaq lazımdır. Baltik dənizindən Qara dənizə qədər, biz Rusiya üçün işləyirik. Elə bunun özü nə qədər pula dəyir, özü də söhbət təkcə puldan getmir. Ancaq yenə də onların gözündə “havayı yeyənlərik”,- deyə Belarus lideri Rusiyanın ünvanına qəzəbli ifadələr səsələndirib.

Belarus prezidenti rəsmi Minskin bu yaxınlarda öz hesabına Rusiyadan “Su-30 M” qırıcı təyyarələri aldığını da xatırladıb. Bundan başqa o , ölkəsinin Rusiya üçün müdafiə funksiyası icra etdiyini bildirib. “İndi belə olan halda niyə də bizə kömək eyməsinlər. Bizə niyə müasir silahlar verilmir? Hərbçilərimizin qabliyyəti heç də ruslardan əskik deyil”, - sonda Belarus lideri əlavə edib.

Onun sözlərinə görə Rusiyada mətbuat orqanları qəsdən Belarus haqqında mənfi imic yaratmağa çalışırlar.

Mənbə: moderator.az