MOLDOVADA İSLAHATLAR MÖVSÜMÜNÜN SONU

“Moldovada islahatçı Maya Sandu (Maia Sandu) hökuməti uğursuz olub. Bu, korrupsiyadan əziyyət çəkən ölkəni sarsıtmaqla yanaşı, AB sərhədlərində yeni gərginliyə səbəb ola bilər”, - “Der Spiegel” nəşrinin jurnalisti Keno Verzek (Keno Verseck) bu fikirdədir.

“SSRİ dağıldıqdan 30 il sonra Moldova Respublikasında ilk dəfə islahatçı hökumət meydana çıxıb. Ona ehtiyac var idi, çünki Moldova Avropanın ən yoxsul ölkələrindən biridir. Üstəlik ölkə korrupsiya, mütəşəkkil cinayətkarlıq və kütləvi emiqrasiyadan əziyyət çəkir”, - məqalə müəllifi qeyd edir.

Beş aydan sonra eksperiment baş tutmayıb: ədliyyə sistemində islahatlarla bağlı meydana çıxan mübahisələrə görə hökumətə etimadsızlıq rəyi çıxarılıb. “Parlamentdən olan bəzi oğrular hazırladığımız islahatlardan qorxdular”, - deyə Sandu bildirib.

“Oliqarxlardan təmizləmə” alyansı zəif olub: Sandunun “PAS” partiyasının da daxil olduğu “ACUM” anti-korrupsiya bloku və prezident İqor Dodona (Igor Dodon) yaxın “PSRM” sosialistləri bir koalisiya altında birləşiblər. Koalisiyanın geosiyasi ziddiyyəti beynəlxalq arenada dəfələrlə vurğulanıb: qərbyönlü “ACUM” rusyönlü sosialistlərə qarşı. Amma söhbət ilk növbədə ictimai-mədəni fərqlərdən gedir: “ACUM” AB ilə inteqrasiyanı dəstəkləyən, rumındilli gənc seçiciləri təmsil edir. Sosialistləri isə daha çox yaşlı nəsil, əhalinin 25%-ni təşkil edən rusdilli azlıq dəstəkləyir”, - məqalədə deyilir.

“Prezident Dodon gələn payız mövsümündə nəzərdə tutulan prezident seçkilərinə kimi növbədənkənar seçkilərə getmək istəmir. “ACUM “ sosialistlərlə yeni koalisiyanı istisna edib. Belə ki, sonuncular eks-oliqarx Plaxotnyukun (Vladimir Plahotniuc) Moldova Demokratik Partiyası ilə koalisiya getmək istəmir. Ən mümkün variant prezident tərəfindən müvəqqəti baş nazirin, demokratların dəstəkləyəcəyi azlıq hökumətinin təyin edilməsidir. Bunun bədəli islahaların çoxunun başa çatması olacaq”, - nəşr qeyd edir.

“Belə bir vəziyyət nəinki ölkənin özü üçün faciəvi xarakter daşıyır, həmçinin xarici siyasət baxımından, ilk növbədə AB üçün təhlükəlidir, - Verzek vurğualyır. – Son illər çirkli pulların “camaşırxanasına” və mütəşəkkil cinayətkarlığın mərkəzinə çevrilən Moldova AB təhlükəsizliyinə və sabitliyinə risk daşımağa başlayıb”.

“Dnestryanı təhlükəsizlik probleminin bir hissəsidir: 1991-ci ildə Moldovadan ayrılan, ölkənin şərqində yerləşən bu dar zolaqda 1,5 minə yaxın rus əsgəri yerləşdirilib. Bundan başqa, orada - Ukrayna ilə sərhəddə Kobasna kəndi yaxınlığında Rusiyaya məxsus, Avropanın ən böyük silah anbarlarından biri yerləşir. Orada 20 min tona yaxın silah və döyüş sursatı saxlanılır”, - məqalədə deyilir.

“Son illər ümid işığı yaranıb: Rusiya uzun illərdir söz verdiyi həmin silahların məhvinə başlaya bilər. Buna həmçinin oliqarx Plaxotnyukun hakimiyyətdən uzaqlaşdırılmasında ABŞ-AB əməkdaşlığının müsbət təsir göstərməsi səbəb olub. Anbarın məhv edilməsi Dnestryanı uğrunda gedən mübarizənin uzunmüddətli sonunun başlanğıcı ola bilər. İndi koalisiya dağıldıqdan sonra Rusiya, Avropa və ABŞ Moldova siyasətində yenidən geosiyasi qarşıdurma yolunu seçsə, yaxın gələcəkdə ərazi münaqişəsinin həllində irəliləyiş mümkün olmayacaq”, - məqalə müəllifi bu fikirdədir.

“Qısamüddətli islahat mövsümündən sonra AB-ni sərhədlərində yenidən mürəkkəb, gözlənilməz dövr gözləyir”, - jurnalist sonda vurğulayır.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Nəsimi rayonunda yol qəzası olub, xəsarət alanlar var

SONRAKI XƏBƏR

Qanunsuz pul alınır - Sürücülərə heç bir qəbz təqdim edilmir - VİDEO