Qəzza zolağında qeyri-müəyyənlik davam edir

Qəzza zolağında qeyri-müəyyənlik davam edir

Qəzza yaraqlıları Misirin vasitəçiliyi ilə iki gün davam edən gərgin döyüşlərin sona çatacağını elan etdikdən bir neçə saat sonra cümə axşamı İsrailə raket atıb.

Hava hücumu səsləri Qəzza zolağının yaxınlığındakı bir neçə rayondaeşidilib. Ən azı beş raketin partladığını görmək mümkün olub.

İsrailin cavab verib-verməyəcəyii və atəşkəsin taleyinin necə olacağı hələ də məlum deyil.

Cümə axşamı günü İslami Cihad qruplaşmasının rəsmisi atəşkəsin İsrailin bir sıra şərtlərə razılıq verdiyini, o cümlədən qrup liderlərinin hədəf alınmasının dayandırılmasını da əhatə etdiyini söyləyib.

"Biz atəşkəs razılaşmasının Misirin vasitəçiliyi ilə əldə olunduğunu təsdiqləyirik. Bu razılıq səhər saat 5:00-dan etibarən Fələstin müqavimət qrupları adından İslami Cihad şərtləri ilə qüvvəyə minmişdir. Sözügedən saziş işğalçının (İsrailin) şərtlərə əməl etməsi deməkdir. Bu şərtlərə ölümlərin dayandırılması, Qayıdış Marşı etirazçılarının qorunması və praktiki olaraq Qəzzanın mühasirəsinin dayandırılması proseduru daxildir. Belə olan halda gələcəkdə bölgədə müqavimətə və istənilən təcavüzə cavab verməyə hazır olması, eyni zamanda Misirin siyasi rolunun davam etdirilməsi təmin edilir" - deyə, İslami Cihad rəsmisi Musab əl-Berim bildirib.

İsrail isə fələstinlilər də "sakit" qalacaqları halda gələcək zərbələrdən çəkinməyə söz verir.

Çərşənbə axşamı Qəzzada İsrailin hava zərbələri zamanı İslami Cihad qrupunun komandiri öldürülüb. Bu, fələstinli yaraqlıların raketdən cavab atəşinə və İsrailin öz növbəsində hava zərbələrini davam etdirməsinə səbəb olub.

İki gün davam edən döyüşlərdə 32 fələstinli həlak olub. İsrail tərəfinin itkiləri haqda məlumat verilməyib.

Mənbə: www.amerikaninsesi.org