Ermənistan parlamentinin keçmiş deputatı və oğlu saxlanılıb

Ermənistan parlamentinin keçmiş deputatı və oğlu saxlanılıb

Ermənistan parlamentinin keçmiş deputatı və oğlu saxlanılıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, ölkənin Xüsusi İstintaq Xidməti Ermənistanın Milli Məclisinin sabiq deputatı Aleksan Petrosyanı və onun oğlunu saxlayıb. Məlumata görə, onlar çirkli pulların yuyulmasında ittiham edilirlər.

Xüsusi İstintaq Xidməti xəbərə şərh verməkdən imtina edib.

Aleksan Petrosyan 2003-cü ildən 2007-ci ilə qədər Ermənistan parlamentində Respublikaçılar Partiyasını təmsil edib.

Mənbə: teref.az