Erməni politoloq: "Lavrova inanmaq lazım deyil"

Erməni politoloq: "Lavrova inanmaq lazım deyil"

Bu açıqlama ilə erməni politoloq Tevan Poqosyan çıxış edib. Onun sözlərinə görə, bu gün hadisələr elə cərəyan edir ki, Ermənistan rəhbərliyi soyuq hesablamalar aparmalı olacaq.

"Yerevandan baxış: Qlobus” verilişində ”Beynəlxalq İnsan İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Tevan Poqosyan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun İrəvanda "Ermənistan Rusiyanın strateji tərəfdaşı, müttəfiqidir və səfərlər zamanı hər zaman hər şey müsbət fonda aparılır” verdiyi açıqlamasına da münasibət bildirib:

"Bu ifadələr məqsədlərə çatmaq üçün işlədilir. Bu mənada Lavrovun İrəvandakı sözləri çox ahəngdar idi, münasibətlərə müəyyən dərəcədə müsbət təsir göstərir. Ancaq unutmayaq ki, bir ay əvvəl Valday klubunda onun tərəfindən tamamilə fərqli fikir söylənilmişdi, bir ayda fərqli iki fikir necə səslənə bilər?!.

Hamısı proseslərdən asılıdır. Minsk Qrupunun həmsədr ölkəsinin xarici işlər naziri səfərindən əvvəl həmişə müsbət bir şey söyləyəcək”.

 

Onun sözlərinə görə, səfərin nəticələri yaxın vaxtlarda görünəcək: "Əgər Azərbaycan sərt bir bəyanat versə və Lavrov heç bir reaksiya vermirsə, sadəcə bu ifadələrə sakit yanaşmalı və onları proses nöqteyi-nəzərindən nəzərdən keçirməlisiniz”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərini şərh edən Poqosyan ABŞ və Türkiyənin strateji tərəfdaş olduğunu və hər ikisinin də maraqlarının olduğunu – münasibətlərdəki gərginliyi aradan qaldırmağa çalışdıqlarını vurğulayıb.

Onun fikrincə, həm Tramp, həm də Ərdoğan ən sərfəli sövdələşmələrə üstünlük verən, biznes düşüncə tərzini rəhbər tutan siyasətçilərdir. Bunu nəzərə almaq lazımdır.

Poqosyanın sözlərinə görə, "müharibənin nə döyüş meydanında, nə də informasiya müstəvisində bitməməsinin fərqinə varmalıyıq”.

"Birləşmə qabiliyyətinin üstünlük təşkil edəcəyi bir cəmiyyət yaratmalıyıq. Cəmiyyətimizdə nifrəti yaymağa, parçalanmaya töhfə verməyə və s. imkan verməyin”.

Mənbə: veteninfo.az