Avropa bunu Türkiyədən heç gözləmirdi, Ankara kəşfiyyat işlərinə başladı

Avropa bunu Türkiyədən heç gözləmirdi, Ankara kəşfiyyat işlərinə başladı

Avropa İttifaqının sanksiyaları Ankaranın Aralıq dənizinin şərqində geoloji kəşfiyyat işləri aparmaq planlarına təsir etməyəcək

Avropa İttifaqının sanksiya hədəsinə baxmayaraq, Türkiyəyə məxsus "Fatih" qazma gəmisi Kipr sahillərində karbohidrogen yataqlarında geoloji-kəşfiyyat işlərinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

"Fatih" gəmisi Türkiyə şelfində kəşfiyyat işlərini yekunlaşdırıb və ötən gün Kiprdə olan Karpas yarımadasından cənubda yeni missiyasına başlayıb", - deyə Fuad Oktay qeyd edib.

O əlavə edib ki, Avropa İttifaqının sanksiyaları Ankaranın Aralıq dənizinin şərqində geoloji kəşfiyyat işləri aparmaq planlarına təsir etməyəcək.

Mənbə: sputnik.az