“Rusiya Ermənistandakı bazanı Türkiyəyə qarşı...” – İrəvandan şok açıqlama

“Rusiya Ermənistandakı bazanı Türkiyəyə qarşı...” – İrəvandan şok açıqlama

“Rusiya hərbi bazasının Ermənistanda olması səbəbini hamımız bilirik və indi heç nəyi dəyişməyə əsas yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-a səfər edən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri Lilit Makunts deyib.

O, Ermənistan ərazisindəki rus qoşunlarının mövcudluğunun ölkənin suverenliyini təhdid edib-etməməsi barədə suala belə cavab verib:

“Bu sualın cavabı Ermənistan-Türkiyə sərhədlərinin qorunmasıdır. Ölkə ərazisində hərbi bazanın yerləşdirilməsi qərarı qarşılıqlı razılıqla qəbul edilib və indi bunun dəyişdirilməsinə heç bir əsas yoxdur”.

Mənbə: moderator.az