Ermənistanda Rusiya bazasının yerləşməsi üçün torpaq verilməsi məqsədilə Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclası keçiriləcək.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
26 iyun-1 iyul arasında Moskvada keçiriləcək iclasa nümayəndə heyəti göndəriləcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Daşınmaz Əmlakın Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.
Mənbə: axar.az