Erməni komandir həbs edilib

Erməni komandir həbs edilib

Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olan “Manax” ləqəbli Artur Ayvazyan həbs edilib. Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Ayvazyan iyunun 20-də saxlanılıb, daha sonra barəsində həbs qərarı verilib. Onun vəkil Ara Zakaryan daha əvvəl bildirib ki, Ayvazyan müddətsiz aclıq aksiyasına başlayıb. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı siyasi təqiblər aparıldığını düşünür.

O, xuliqanlıqda ittiham olunur.

Xatırladaq ki, “Monax” xüsusi kəşfiyyat və diversiya dəstəsinin komandiri Ayvazyan bundan əvvəl müharibə ilə bağlı hakimiyyəti ifşa edən bəzi faktlar açıqlayıb.

Pərvanə Sultanova


 

Mənbə: azvision.az