Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb

Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb

ADP-nin qərargahında Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə böyük bir tədbir keçirilir. Toplantı Azərbaycanda Milli Azadlıq Hərəkatının başlandığı 17 noyabra - Milli Dirçəliş Gününə həsr olunub

Tədbiri giriş sözü ilə sabiq MTN polkovniki İlham Ismayıl açıb: "Hər kəsi salamlayıram. Vaxtilə milyonlar Qarabağı tələb edirdi. İndi isə biz bir zalda tələb etməyə məcbur qalmışıq. "Biz nə etməliyik" sualına cavab tapmaq üçün bura yığışmışıq. Sonda bunun cavabını tapmalıyıq".

Daha sonra söz KXCP sədri Mirmahmud Mirəlioğluna verilib. Onun xahişi ilə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

KXCP sədri çıxışına bu cür davam edib:"Bayramınız mübarək olsun. Artıq tarix yazmağın vaxtıdır. O vaxt hamı yumruq kimi bir arada idi və uğur qazandıq. Siyasi partiyalara müraciət edirəm ki, gəlin bir arada olaq, mübarizəyə qalxaq. Sabah saat 3-ə qədər toplaşaq, Bakı Şəhər İcra Hakimiyyətinə ümumxalq mitinqi üçün müraciət edək. Belə bir mitinqin keçirilməsinə böyük ehtiyac var. Gəlin, müxalifətdaxili savaşları durduraq. Buradan Qurban Məmmədova şəxsən müraciət edirəm. Birlikdə bu savaşlara son qoyaq. Qarabağ türkün namusudur".

Milli azadlıq hərəkatının öncüllərindən biri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı:"Biz bu gün Qarabağ məsələsində 31 il öncəki kimi milyonları bir araya gətirə bilmirik. Bu bizim acılı problemimizdir. Bu müstəqil dövlətimiz bir gün işğal altında olan torpaqlarımızı mütləq azad edəcək. Buna inanıram. Bir zamanlar Minsk qrupu yaradılanda demişdim ki, boş bir qurumdur. Belə də oldu. Son 31 ildə ən böyük problemlərimizdən biri də böyük sözləri kiçildə-kiçildə getməyimiz oldu. Torpağını itirən bir millət özündə güc tapmağı bacarmalıdır. Qarabağ məsələsində iqtidarla ortaq bir məxrəcə gəlmək lazımdır. Nəzərə alaq ki, dünya Azərbaycanın üzərində gələndə iqtidar da gücsüzdür. Müxalifətin Qarabağ məsələsi ilə bağlı böyük bir birliyinə ehtiyac var. Milli məsələdə xalq əlbəttə bizim yanımızda olacaq. Bir-birimizdə qüsur axtarmamalıyıq. Qarabağ məsələsi milli məsələdir və orada kimsə kənarda dayanmamalıdır".

Ədalət partiyasının sədri İlyas İsmayılov da çıxış etdi: "Nə etməli sualına cavablardan biri ATƏT-in Minsk qrupundan imtina etmək olmalıdır. 10 milyon insanın qarşısında heç kəs dayana bilməz. Öz problemimizi özümüz həll etməliyik".

MSDM rəhbəri İsa Qəmbər çox önəmli bir bayramın olduğunu söylədi: "Hörmətli sədarət dedi ki, keçmişdən çox danışmayaq, təkliflər verək. Amma unutmayaq ki, keçmişi dəyərləndirilməyik ki, gələcəyimizə qiymət verək. 31 il öncə millət olaraq ayağa qalxdıq, bir xalq olaraq bunu göstərdik, bütövləşdik. O proseslər milli azadlıq hərəkatına çevrildi və sonunda Rəsulzadənin Cümhuriyyətini bərpa etdik. Bütün mövzuları kənara qoyub yalnız Qarabağ haqqında danışmaq gözəl səslənsə də doğru deyil. Bütün məsələlərə toxunmaq lazımdır. Bu gün zalın aşıb-daşmamasından narahat olmalı deyilik. Mən xalqımızın Qarabağ məsələsindəki mövqeyinə tam inanıram. Bu millət böyükdür. Biz imkan verməməliyik ki, Qarabağ adından bəzi qüvvələr öz xeyirlərinə istifadə etsinlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Həqiqəti unutmamalıyıq. Qarabağ məsələsi bizim üçün müqəddəs məsələdir, amma bəzi qüvvələr üçünsə oyundur. Qarabağ ətrafında oyun oynayanlarla birlikdə necə ola bilərik? Bayramınızı təbrik edirəm. Tanrı Azərbaycanı qorusun".

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn:"O meydana gələn insanlar ya ölərik, ya meydanı tərk etmərik. Bir Pənah, olaraq, 4 oğul nəvəsi olaraq, hər kəsi torpaq, namus uğrunda mübarizəyə səsləyirəm. Yaşasın Azərbaycan, yaşasın Qarabağ".

Müsavat başqanı Arif Hacılı: "17 noyabr bizim əsl bayramlarımızdan biridir. Xalq hərəkatı Qarabağ ətrafında başladı. Dəfələrlə demişəm ki, mən siyasətə Qarabağla bağlı gəlmişəm. Biz Rəsulzadə-Elçibəy yolunu davam etdiririk. Əminəm ki, xalqımız bu problemi həll edəcək. Sizləri bir daha təbrik edir, mübarizəmizdə uğurlar arzulayıram".

ADP sədri Sərdar Cəlaloğlu: "Burada səslənən əksər fikirlərlə razıyam. Müharibələri dövlətlər başlayır, xalqlar başa çatdırır. Qarabağ məsələs

Mənbə: pia.az