Suriyanın El Bab şəhərində baş vermiş partlayışda şübhəli bilinən terrorçu saxlanılıb

Suriyanın El Bab şəhərində baş vermiş partlayışda şübhəli bilinən terrorçu saxlanılıb

İstanbul, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-da Suriyanın El Bab şəhərində partlayıcı maddə ilə yüklü maşının partladılmasında şübhəli bilinən PKK və YPG terror təşkilatlarına üzv olan şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Noyabrın 16-da Suriyanın El Bab şəhərində PKK və YPG terror təşkilatlarına qarşı keçirilən etiraz aksiyası zamanı baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az