Putin Ərdoğana “ala bilərsən” demişdi, amma… – Kritik açıqlama

Putin Ərdoğana “ala bilərsən” demişdi, amma… – Kritik açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 27-də rusiyalı həmkarı Vladimir Putinlə görüşdə baxdığı “Su-57” qırıcısı ilə bağlı açıqlama verilib.

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin rəisi Dmitri Şuqayev Putinin Ərdoğana “ala bilərsən” dediyi təyyarənin hələlik satılmayacağını bildirib.

“Rusiya Silahlı Qüvvələrinə lazım olan sayda istehsal edilənədək Türkiyəyə satılmayacaq”, – xidmət rəisi vurğulayıb.

O, buna alternativ olaraq, Türkiyəyə “Su-35” döyüş təyyarələrini təklif edib.

Şuqayev “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyədə istehsal edilməsinə dair hələlik anlaşma əldə olunmadığını da açıqlayıb.

Mənbə: teref.az