Tbilisidə etirazların keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri gətirilib

Tbilisidə etirazların keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri gətirilib

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının, eləcə də etirazlar aksiyalarının keçirildiyi parlament binasının yaxınlığında yerləşən Çitadze küçəsinə xüsusi təyinatlı polis dəstələri cəmlənib.

APA-nın yerli bürosu xəbər verir ki, polislər zirehli geyim və qalxanla təchiz edilib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasının artıq qanunsuz hal aldığını bildirib və etirazçıları parlamentin işinə mane olmamağa çağırıb. Qurumun bəyanatında parlamentin bloklanmasının davam edəcəyi təqdirdə polisin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində adekvat reaksiya veriləcəyi qeyd edilib.

Mənbə: apa.az