Gürcüstanın müxalif “Girçi” partiyasının liderlərindən Zurab Caparidze azadlığa buraxılıb.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, müxalifət lideri bu gün parlament binası önündə polislə qarşıdurma zamanı saxlanılmışdı.
Qeyd edək ki, hazırda Tbilisidə Rustaveli prospektində parlament binasının giriş-çıxışı daxil olmaqla bütün yollar açıqdır. Polislə aksiyaçılar arasında toqquşma davam edir.
Mənbə: qafqazinfo.az