Çin Xarici İşlər naziri Əfqanıstan ilə bağlı mövqelərini açıqladı

Çin Xarici İşlər naziri Əfqanıstan ilə bağlı mövqelərini açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, Çin Xarici İşlər naziri Vanq Yi Əfqanıstan ilə bağlı ingiltərəli həmkarı Dominik Raab ilə telefon danışığı aparıb.

Vanq Yi telefon danışığı zamanı vurğulayıb ki, dövlətlərin Əfqanıstanı istiqamətləndirməsi və dəstəkləməsi üçün çalışması zəruridir.

"Əfqanıstanda 20 ildən sonra "Taliban" yenidən iqtidar oldu. Lakin Əfqanıstanda vəziyyət hələ də sabitsiz və naməlumdur", - deyə Vanq Yi diqqətə çatdırıb.

Vanq Yi qeyd edib ki, Əfqanıstan geopolitik müharibə üçün istifadə olunmamalıdır.

Mənbə: eastnews.org