Gürcülər Bakı ilə münasibətləri necə dəyərləndirir?

Gürcülər Bakı ilə münasibətləri necə dəyərləndirir?

Gürcüstanlıların 63%-i Azərbaycanla Gürcüstan münasibətlərini müsbət dəyərləndirir.

Axar.az xəbər verir ki, bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 20%-i Azərbaycan-Gürcüstan münasibətlərinin nə yaxşı, nə də pis olduğunu bildirib. 13% şəxs isə münasibətlərin pis olduğu qənaətindədir.

Azərbaycanı Gürcüstanın “ən vacib siyasi tərəfdaşı” kimi gürcülərin 14%-i görüb. 22% şəxs isə “ən vacib iqtisadi tərəfdaş” kimi tanıdığını söyləyib. Repondentlərin 6%-i Azərbaycanı “əsas siyasi təhdid”, 8%-i isə “əsas iqtisadi təhdid” adlandırıb.

Mənbə: axar.az