Pezeşkiandan azərbaycanlılarla bağlı ETİRAF - VİDEO

Pezeşkiandan azərbaycanlılarla bağlı ETİRAF -

Məşhəd şəhərinə gedən İran Prezidenti Məsud Pezeşkian iş adamları ilə görüşdə Güney Azərbaycanda insanların acınacaqlı maddi durumuna toxunub.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

"Bütün resursların Şərqi və Qərbi Azərbaycan əyalətlərində olmasına baxmayaraq, orada insanlar yoxsulluq içində yaşayırlar.

Biz cəmiyyətdə haqq-ədaləti bərqərar etməli, ziyalılara, sənayeçilərə, istehsalçılara hörmətlə yanaşıb, maneələri birlikdə aradan qaldırmalıyıq", - deyə Pezeşkian bildirib.



Mənbə: bizim.media