İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib

İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, havaların soyuq keçməsinə baxmayaraq, bu gün Həmədan və Ərdəbil şəhərləri iğtişaşlara qarşı mitinqlərin şahidi olub.

Qeyd edək ki, ötən gün Zəncan və Təbriz şəhərləri də iğtişaşları pisləyən mitinqlərin şahidi olub.

Bildirək ki, ötən həftə İran hökumətinin benzinin qiymətinin qaldırılması qərarından sonra ölkədə etirazlar başlayıb. Etirazlar qısa zamanda qarətlər, iğtişaşlar və toqquşmalarla nəticələnib. İran polisi ölkənin müxtəlif bölgələrində mindən çox iğtişaşçı və onların başçılarını həbs etdiyini bəyan edib.

Mənbə: www.interaztv.com