Prezidentliyə namizəd: “Marixuana leqallaşmalıdır”

Prezidentliyə namizəd: “Marixuana leqallaşmalıdır”

ABŞ-ın Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden marixuananın istifadəsinin ölkə daxilində leqallaşdırılmasının tərəfdarıdır. Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bayden namizədlərin teledebatı zamanı bildirib. Onun fikrincə, marixuananın istifadəsini dekrimillaşdırmaq lazımdır: “Marixuananın istifadəsi leqallaşmalıdır. Düşünürəm ki, bununla əlaqədar həbsdə olan hər kəs azad edilməlidir".

Bu günə qədər ABŞ-ın 11 ştatı və Kolumbiya dairəsi böyüklərə marixuanadan "istirahət" məqsədilə istifadəyə icazə verib. 30-dan çox ştatda isə marixuananın "tibbi məqsədlər üçün" istifadəsi qanuniləşib.

Sosioloqların fikrincə, demokratlar arasında Co Bayden liderliyini qoruyur, ardınca senator Elizabet Uarren və Bernie Sanders gəlir.

Pərvanə Sultanova

Mənbə: azvision.az