Ninoya olar, Əliyə yox... GÜRCÜ VƏ AZƏRBAYCAN REALLIĞI ARASINDA PARALELLƏR

Ninoya olar, Əliyə yox... GÜRCÜ VƏ AZƏRBAYCAN REALLIĞI ARASINDA PARALELLƏR

Müəllif: Eynulla Fətullayev

Gürcüstan dərin siyasi böhranın ağuşundan heç cür sıyrılıb çıxa bilmir. Ölkə ağır iyun çaxnaşmalarından özünə gəlməyə imkan tapmamış Tbilisi yenidən sonu görünməyən siyasi anarxiyaya büründü. Poliarxiyanı, və ya sadə dillə desək parlament idarəçilik formasını bütün hakimiyyət qollarının bir siyasi mərkəzdə cəmləşməsi xəstəliyindən qorunmaq vasitəsi kimi seçən MDB ölkələrinin acı təcrübəsindən ortaya çıxan başlıca nəticə acınacaqlıdır: səngimək bilməyən geosiyasi kolliziyalar və etnosiyasi münaqişələrin həll edilməməsi şəraitində permanent partiyalararası rəqabət sistemi sistemli siyasi böhranı şərtləndirir.

Tbilisidə mitinqin dağıdılması, noyabr 2019-cu il

Sona qədər oturuşmamış, hansı ki, daimi xarici siyasi təhdidlər və çağrışlar şəraitində bu qaynayan, çaxnaşam regionda faktiki olaraq istisnadır, siyasi sistemlə parlament idarəçilik sisteminə keçid destablizasiyanın hücumuna gətirib çıxarır. Parçalanan Ukrayna, qeyri-stabil Moldova, tükənmiş Ermənistan, yolunu azan Qırğızıstan, nəhayət dərdlərdən əziyyət çəkən Gürcüstan buna bariz nümunədir. Yəni əsasən siyasi elita tərəfindən şüurlu şəkildə prezident vertikalının zəiflədildiyi ölkələrdə situasiyanın proqnozlaşdırılması mümkün olmayan inkişaf ssenarisindən əvvəlcədən ehtiyatlanmaq lazım idi. Dünya tarixi bunun ən yaxşı nümunəsidir: ancaq güclü əllər və liderlərin dəmir iradəsi islahatların uğurlu olmasını təmin edə bilər. Hətta MDB-də geosiyasi inqilabın qaranquşu Mmixail Saakaşvili də Gürcüstan prezidenti olanda sistemli stabilliyin qorunub saxlanılması üçün ən sərt tədbirlərə əl atırdı: hərdən rezin güllələrlə, tez-tez rezin dəyənəklərlə, gözyaşardıcı qazla Rustaveli prospektndə xaricdən təşkil edilmiş aksiyaları amansızcasına dağıdırdı.

Tbilisidə mitinqin dağıdılması, iyun 2019-cu il

Poliarxiya elementlərinə malik parlament idarəçilik forması indiki Gürcüstan hakimiyyətinə Saakaşvilidən miras qalıb. Bu, xalqın etimadını itirən inqilabçı hakimiyyətin sonuncu, yekun siyasi islahatı idi. Yeni gürcü hakim siyasi elitası tamamilə başqa hakimiyyət mexanizmi qura bildi, yenə də şəxsi etimada əsaslanan və permanent böhran situasiyasına adaptasiya edilmiş mexanizm. Parlamentarizm güclü və effektiv idarəçiliyin qarantı kimi işə yaramadı. Yeni ikiqütblü hakimiyyət sistemi, lap qeyri-formal, kölgə də olsa, bu günə qədər hakim partiyanın və elitanın lideri Bdzina İvanişvilinin şəksiz avtoritetinə söykənir. Majoritar və praporsional sistemdən ibarət qarışıq seçki sistemi isə siyasi proseslərin hansısa ağlabatnlığını təmin edə bilir. Ona görə də budur, situasiyanı çalxalamağa, qarışdırmağa can atan qüvvələrin yolunda majoritar sistem məhək daşıdır. Məhz bu sistemin ləğv şüarları ilə Gürcüstanda iyun ayından bu yana etiraz aksiyaları keçirilir.

Lakin oturuşmus siyasi sistemlərə malik Avropa ölkələrinin təcrübəsini nəzərə alan gürcü elitası kompromislərə yol vermir və 2024-cü ilə qədər qarışıq seçki sistemindən imtina etmək istəmir. Müxalifət gözəl başa düşür ki, status-kvonu dəyişmək üçün cəmi bir çıxış yolu var: mobilizə edilmiş və yaxşı təşkil olunmuş küçə qüvvələrinin köməyi ilə indiki hakim elitanı rəngli inqilablar adı altında devirmək. Amma hakim elita bütün vasitələrlə, hərdən kifayət qədər sərt, amma haqlı olaraq hakimiyyətin dayaqlarını qoruyur. Polis rezin güllələrlə atəş açır, suvuruna maşınlar , dəmir dəyənəklər işə salınır, bir sözlə qanunsuz aksiyaların iştirakçılarına qarşı bütün preventiv güc və qanunun qüvvəsi tətbiq olunur.

Olduqca qəribədir ki, gürcü hakimiyyətinin tamamilə qanuni, amma qərb nöqteyi-nəzərindən yumşaq desək liberal olmayan, az qala “repressiv metodları” ABŞ və Avropa İttifaqı səfirliklərinin iradlarına səbəb olmur. Beynəlxalq demokratik institutlar da susur. Nümayişçilərə qarşı gücdən qeyri-proporsional istifadəyə dair danlaqlar da eşidilmir. Tətbiq edilən tədbirlərin sərt olduğu haqda eyhamlar da yoxdur.

Gürcüstana qonşu ölkədə-bizim Azərbaycanda isə işlər başqadır. Vaxtilə İlham Əliyevdə siyasi uzaqgörənlik və beynəlxalq qüvvələr nisbətinin, regional təhlükəsizlik sistemində qüvvələr nisbətinin dəyişməsinin düzgün analizini aparmaq bacarığı kifayət eləd ki, bir müddət əvvəl güclü beynəlxalq pressinqə davam gətirsin, güzəştə getməsin. Qərb Azərbaycanda mütləq və hüdudsuz siyasi liberallaşma tələb edirdi. İnqilabi situasiyaları modelləşdirən qərb tətbiqi politologiya institutlarının bir saatın içində İraqı ikinci İsveçə, Misiri yeni Avstriyaya, Suriyanı yeni İsrailə çevirməyə yönəlmiş israrlı cəhdlərinin nəyə gətirib çıxardığı məlumdur. Dünya bunu “hamı hamıya qarşı” prinsipi ilə Şərqi bürümüş tarixdə misli görünməyən qanlı müharibələri acı kədərlə izləyərək gördü. Ənənəvi olararaq dünyəviliyin hökm sürdüyü Azərbaycanda şiə Vatikanından manipulyasiya edilən iranyönümlü islamçı qüvvələrin görünməmiş dərəcədə populyarlaşmasından bir çox illər sonra (Qərb heç vaxt öz səhvlərindən dərs götürmür, yarım əsrdir alovlanan, başqa ölkədən idarə olunan məkrli teokratik qüvvənin təsiri altına düşən Livan buna nümunədir) və 1992-ci il nümunəsində siyasi ekstremizmin dirçəldilməsi cəhdlərini görərək Qərbin Azərbaycan elitasına təzyiqləri zəifləməyə başladı.

Bakıda ilk böyük mitinqləri şiə partiyası toplamağa başladı

Hərçənd bu liberal ekspansiyanın geri çevrilməsində subyektiv amillər də rol oynadı: ərəb baharının çökməsi, rus dirçəlişi və Tramp administrasiyasının neoizolyasionizmi....Azərbaycan kazusunun ilk dərki mənasız və amansız Nardaran qiyamı ilə gəldi. O zaman Azərbaycanın bütün siyasi tarixi boyu ilk dəfə baş qaldıran dini ekstremistlərlə siyasi ekstremizm yolunu tutan milli demokratların çuğlaşması baş verdi. Bir vaxtlar liberal və avromərkəzçi qüvvələr qismində çıxış edən milli demokratlar isə ənənəvi olaraq qərb siyasi dairələrinin dəstəyindən yararlanırdı. Və nəhayət yeni Azərbaycan dilemmasının dərki Gəncə qiyamından sonra baş verdi: islamçılar Livan “Hizbullah”ı ruhunda siyasi terror yoluna əl atdılar, milli-demokrat ekstremistlər isə öz KİV-lərində və sosial şəbəkələrdə qisas stretegiyasını açıq elan etdilər.

Sanki tapdanmış Tramp izolyasionizminin yenidən dərkindən və “rus dünyasının” dirçəlməsi barədə Makron siyasi baxışlarından sonra Qərbin iki qütbü Azərbaycanda efemer “insan haqları” ritorikasından imtina etməli idilər. Axı Gürcüstanda parlamentə milli demokratlar və Saakaşvili tərəfdarları hücum edirdilərsə Bakının mərkəzi küçələrini bağlamağa çalışan milli demokrat-ekstremistlər idi. Əli (Kərimli) aristokratsayağı əlcəkli ekssentrik Nino deyil, heç yayğın Qriqol da deyil. Kərimli unudulmuş 90-lardan tipik arxaik zviadçıdır. O, Caba İoseliani və ya Tengiz Kitovani kimi tipdir. Və bu paralellər arasında gürcü reallığını Azərbaycan reallığınan fərqləndirən daha bir mühüm xüsusiyyət gizlənir. İoseliani və Qamsaxurdiyadan sonra gürcü siyasətində ən azı üç nəsil dəyişib. Azərbaycanda isə barrikadanın arxasında hələ də zviadçılar cəmləşir. İoselianinin reinkarnasiyası halında yəqin ki, gürcü hakimiyyəti qiyamçıları tanklarla qarşılayardı.

Milli demokratların lideri Kərimli bir ovuc tərəfdarı ilə birlikdə Bakının mərkəzi küçəsini bağlamağa çalışdı

Diqqət yetirin, Tbilisidə nümayişçilərə rezin güllələrlə atəş açırlar. Vaşinqton və Brüssel susur. Hələ iyunda həbs edilmiş müxalifətçilər, yəni Avropa Şurasının nöqteyi-nəzərincə siyasi məhbuslar hələ də həbsdədir. Yenə də Vaşinqton və Brüssel susur. Gürcü müxalifəti küçələrə on minlərlə fəal və tərəfdar çıxarır, siyasi tələblər irəli sürür. Amma hakimiyyət sərt və preventiv reaksiya verir. İkibaşlı Qərb yenə susur.

Hərçənd cəmi bir neçə həftə əvvəl Bakıda sağ ekstremist qüvvələr hakimiyyətin sanksiyalaşdırılmış aksiya keçirmək təklifinə baxmayaraq küçələrə bir qrup tərəfdarını çıxardı, qarışıqlıq yaratmağa və paytaxtın mərkəzini iflic etməyə çalışdı, Azərbaycan polisi isə atəş açmadan, suvuranlardan və xüsusi effektlərdən istifadə etmədən araqarışdıranları saxladı, onlara inzibati həbslər verməklə kifayətləndi. Lakin Vaşinqtondan və Brüsseldən tənqidi səslər yüksəldi. Əgər gürcü müxalifəti cəmiyyətin geniş dəstəyindən yararlanırsa və hakimiyyətlə sərt rəqabət aparırsa Azərbaycan müxalifəti heç 125 seçki dairəsinin hamısından namizəd irəli sürməyə də qadir deyil! Burada parlamentdə iri fraksiya ilə təmsil olunmuş gürcü müxalifəti ilə hansı müqayisədən söhbət gedə bilər!

Gürcü müxalifətini küncə sıxırlar, Qərb susur. Amma Azərbaycan müxalifətinin bir ovuc miskin və qorxaq dəstəsi Bakının mərkəzində baş qaldırmağa çalışarsa və asayiş keşikçilərinin müqaviməti ilə qarşılaşarsa Qərb hakimiyyətin anarxistlərin “kortəbii aksiyasından” irəli gələn hərəkətlərini qanunsuz və ifrat hesab edir. Tbilisi öz hərəkətlərini onunla əsaslandırır ki, insan kütləsi hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmayıb və bu hərəkətlər xuliqanlıq kimi tövsif edilir. Qərb gürcü hakimiyyətinin hüquqi addımlarına anlayışla yanaşır. Azərbaycanda isə 20-30 fəal mərkəzi küçəni bağlayıb polisin müdaxiləsinə səbəb olur, amma Qərb Azərbaycan polisinin hərəkətlərini aqressiv-qəddar sayır.

Tbilisidə müxalifət tərəfdarlarından biri

Doğrudanmı söhbət yenə də 2000-ci illərin əvvəllərindəki diskrimonasion-şablon ikili standartlar nəzəriyyəsindən söhbət gedir? Başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini seçən rəsmi Bakı hərdən paytaxtlarının mərkəzində toplaşmaq azadlıqlarını haqlı olaraq məhdudlaşdıran gürcü hakimiyyətinin və ya fransız, alman hakimiyyətlərinin hərəkətlərinə anlayışla yanaşır. Lakin Azərbaycan hakimiyyəti nəyə görə daim öz daxili işlərinə qarışmaq cəhdlərini hiss edərək qərəzli və əxlaqsız münasibətlə qarşılaşır?! Bəzi qərb institutları həyasızcasına iddia edirlər ki, Bakıdakı qanunsuz aksiyalar dinc xarakter daşıyır. Tutaq ki, belədir! Lakin bəyəm Tbilisinin mərkəzindəki aksiya dinc və siyasi yönümlü deyildi?! Digər tərəfdən Bakıdakı aksiya necə dinc xarakter daşıya bilərdi ki, qanunu, sakitliyi pozanlar paytaxtın mərkəzinə can atırdılar və avtomobil yollarında yürüşə cəhd edirdilər?! Nəyə görəsə Qərb Gürcüstana icazə verir, Azərbaycan üçün buna yol vermir?! Fərq nədədir? Və dolaşıq hərəkətlərin, qiymətləndirmələrin və açıqlamaların məntiqi hanı?

Azərbaycana Gürcüstanın gələcəyi dəyərlidir-bizim xalqlarımızın və ölkələrimizin taleyi ötən əsrin həmin nağılvari romanındakı azərbaycanlı Əlinin gürcü qızı Ninoya sevgisi kimi, iç-içədir. Lakin hərdən dünyanın güclülərindən soruşmağımız gəlir nəyə görə Ninoya olar, Əliyə yox?!

Mənbə: virtualaz.org