Mühacir prezident vətəninə döndü

Mühacir prezident vətəninə döndü

Benin Respublikasnın mühacirətdə olan prezidenti Boni Yayi ölkəsinə qayıdıb.

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin heyəti ilə ölkəsinə qayıdan sabiq prezident Boni Yayi müxalifət liderini evndə ziyarət edib.

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin nümayəndə heyəti Benin prezidenti Patrik Talonla görüşüb. Boni Yayi bu görüşdə iştirak etməyərək evinə gedib.

Son iki ayı Nigeriyada keçirən sabiq prezident vətənini ziyarət etdikdən sonra yenidən Nigeriyaya qayıdacaq.

Qeyd edilir ki, sabiq prezidentin evi polis tərəfindən boşaldılıb və nəzarət altında saxlanılıb.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl ölkədə keçirilən seçkilər zamanı polis Yayinin tərəfdarlarına atəş açıb, nəticədə 4 nəfər yaralanıb. Polis evi iki aydan çox mühasirəyə aldığı üçün Boni Yayı sağlamlıq səbəblərindən ölkəni tərk etmişdi.

Teleqraf.com

Mənbə: olaylar.az