İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

İsrail qüvvələri bu gün sübh işğal altında qalan İordan çayının qərb sahilində 8 fələstinlini həbs edib.

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

Bildirilib ki, İsrail qüvvələri bu gün sübh işğalda olan İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar həyata keçirərək, 8 fələstinlini həbs edib.

Qeyd edək ki, İordan çayının qərb sahili 1967-ci ildə işğal edilib. İsrail 4-5 milyon fələstinlinin yaşadığı bu bölgədə 80-dən artıq yəhudi yaşayış massivi salıb. Son günlərdə ABŞ-ın bu yaşayış massivlərinin tikilməsinin qanuni olduğunu bildirməsindən sonra, eləcə də İsrailin bu bölgədə yerləşən İordan vadisini ölkə ərazisinə qatması çabasından sonra gərginlik artıb.

Mənbə: www.interaztv.com