FHN mayorundan ölkə gənclərinə müraciət-“Ərazi bütövlüyümüz uğrunda hər an döyüşə hazır olun”- MÜSAHİBƏ

FHN mayorundan ölkə gənclərinə müraciət-“Ərazi bütövlüyümüz uğrunda hər an döyüşə hazır olun”- MÜSAHİBƏ

Ölkəmizdə günü-gündən inkşaf edən idmana qayğı güc strukturlarında da özünü göstərir. Müsahibimiz FHN-nin mayoru, 9 qat dünya çempionu, ölkə ictimaiyyətində şəhid ailələrinin xüsusi rəğbəti ilə seçilən Araz Musayevdir.

FHN – də xidmət başlamamışdan öncə nə kimi idman nailiyyətləriniz olub?

Mən FHN-ə xidmətə başlamışdan öncə də 4 qat dünya və 3 qat Avropa çempionatlarının qalibi olmuşam. Əməkdar və beynəlxalq dərəcəli idman ustası olmuşam. Muay-Tai və Tayboxing federasiyalarının vitse-prezidenti olmuşam. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Cənab İlham Əliyev tərəfindən evlə və şəxsi fərmanı ilə görüşərək təbrik və təltif edilmişəm. 2003-2008-2013- cü illərdə Azərbaycan Respublikasının Dövlətçiliyin qorunmasında könüllü xidmətlərim olub.

Neçə ildir FHN-də xidmət aparırsınız?

2007-ci ildən hazır ki, zamana qədər xidmət aparıram

Partiya mənsubiyyətiniz var?

Xeyr. Partiya mənsubiyyətim yoxdur.

Hal-Hazırda həqiqi hərbi xidmətdən əlavə ölkənin hansı ictimai işlərində iştirak edirsiniz?

Yuxarı da qeyd etdiyim idman federasiyalarda ki fəaliyyətimdən əlavə "İdeya” ictimai birliyinin üzvüyəm bununla yanaşı Qarabağ qaziləri, şəhid ailələri və onların problemləri ilə mütəmadi maraqlanır, bir vətənpərvər zabit olaraq onların itirdikləri övladlarını əvəz etməyə çalışıram.

Xidmət dövründə nə kimi idman nailiyyətləriniz olub?

FHN-də Xidmət etdiyim müddətdə 5 dəfə dünya bi dəfə də Avropa çempionu olmuşam. Mən FHN-ə xidmətə daxil olan gündən xidmət sahəsin də xidmət etmişəm. Bu da mənim vətənə sevgimin hədsiz olmasından irəli gəlir. 12 ilə yaxındır ki, FHN-nin xidmətin bir neçə ayrı-ayrı şöbələrində xidmət edirəm və xidmət dövründə heç bir nöqsana yol verməmişəm buna görə də Cənab Ali Baş Komandan Ilham Əliyev və Fövqəladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif və fəxri-fərmanlarla mükafatlandırılmışam

FHN- nin zabitlərinin idman nailiyyətləri ölkə gənclərinə sağlam həyat tərzi üçün nümunə hesab oluna bilərmi?

Əlbətdə ki, idmanla məşğul olan hər bir zabitin onun xidmət etdiyi qurumun sağlam və güclü olmasından xəbər verir. Şəxsən mən bu bu qurumda xidmət etdiyimə görə cənab general-polkovnik Kəmaləddin Heydərova şəxsən minnətdarlıqı bildirirəm. Bu baxımdan Fövqəladə Hallar Nazirliyi cənab nazir Kəmaləddin Heydərovun rəhbərliyi ilə ölkə gəncliyinə müsbət nümunə hesab olunur.

Bir zabit olaraq müharibə şəraitində yaşayan ölkəmizin gənclərinə nə kimi tövsiyyələriniz var?

Qarabağ uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda hər bir gəncimiz hər an Ali baş Komandanın müharibə əmrinə hazır olsunlar.

Mənbə: veteninfo.az