Azərbaycan səfirinin xanımı diplomat xanımlarına çay süfrəsi açdı - FOTO

Azərbaycan səfirinin xanımı diplomat xanımlarına çay süfrəsi açdı -  FOTO

Ankarada Xarici səfirlərin xanımları dərnəyi (SHOM) təmsilçiləri üçün ənənəvi çay süfrəsini bu dəfə Azərbaycan səfirliyi təşkil edib. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin xanımı Zümrüd İbrahim Ankarada fəaliyyət göstərən xarici səfirlərin xanımlarını Azərbaycan milli çay süfrəsinə qonaq edib.

Metbuat.az-ın məlumatına görə, səfir xanımları Azərbaycan çayı, milli şirniyyatları və mürəbbələri ilə bəzədilmiş çay süfrəsi ətrafinda fikir mübadiləsi aparıblar.

Səfir xanımları qoz, feyxoa, gilas, nar, gül, gilənar mürəbbələrinin, qoğal, şəkərbura, badambura, ballı tort, Qarabağ kətəsi, şirin qoğal kimi təamlarımızdan dadıblar.

Qonaqlara təklif edilən təamlar Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə bağlı “Buta” restoranında hazırlanıb.

Çərasimdə Z.İbrahim diplomat xanımlarına Azərbaycan mədəniyyəti, musiqisi haqda da ümumi məlumatlar verib.

Daha sonra qonaqlar pianoda ifa olunan Azərbaycan musiqilərini dinləyiblər.

Mənbə: metbuat.az