ABŞ-la münasibətlərimizdə sıçrayış olmayacaq - Minsk

ABŞ-la münasibətlərimizdə sıçrayış olmayacaq - Minsk

ABŞ və Belarusun münasibətləri yaxşılaşdırmaq üçün siyasi iradəsi var, amma münasibətlərdə sıçrayış gözləməyə dəyməz.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər nazirinin müavini Oleq Kravçenko jurnalistlərə açıqlamasında deyib.

“Məncə, hər iki tərəfdə siyasi iradə var. Düşünürəm ki, bu, hansısa sürətli və genişmiqyaslı sıçaryışa səbəb olmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Belarusa qarşı insan haqlarını pozması ittihamıyla 2006-cı ildən sanksiya tətbiq edir.

Mənbə: axar.az