“Azərbaycanın hərbi əməliyyatlarının perespektivi daha geniş olub”

“Azərbaycanın hərbi əməliyyatlarının perespektivi daha geniş olub”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ekspertlərdən biri - Taron Hovhanisyan bununla bağlı bəzi detalları təqdim edib.

Araşdırmaçıların “Google” xəritələrində peyk görüntülərinə istinadən təqdim etdiyi kimi Azərbaycan-Gürcüstan-Ermənistan sərhədlərinin kəsişməsi sahəsində Ermənistan SQ bölmələri və Azərbaycanın Sərhəd Qoşunlarının bölmələri arasında qarşılıqlı irəliləmə hadisəsi qeydə alınıb.

Onun sözlərinə görə, Azərbaycanın hərbi əməliyyatlarının perespektivi daha geniş olub.

“Onlar mövqelərini möhkəmləndirməklə daha da irəli getmək və bəlkə də bununla da erməni mövqelərinin arxa cəbhəsinə keçmək olub”, - deyə ekspert qeyd edib.

O bildirib ki, 2020-ci ilin əvvəllərində Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyindən narahatdır. Hovhanisyanın sözlərinə görə, bu ərazidə nəzəri cəhətdən qarşıdurma yaranması halında, bu daha geniş miqyaslı hərbi əməliyyatlarda baş verə bilər.

“Bu kifayət qədər kompleks tədbirdir. Bildirilir ki, əvvəllər həmin ərazidə erməni və Azərbaycan ordusunun mövqeləri arasındakı məsafə 2.5-3 km təşkil etdiyi halda, indi cəmi 1 km-dən də az məsafə təşkil edir.

Həmin ərazilərdə üzbəüz qarşıdurmadan qaçınılacağı qeyd edilir. Çünki həmin ərazilərdə artıq mövqe və təpələrin bərabər səviyyəli olduğunu qeyd edir. Hər hansı tərəfin bu təpələrdən endiyi halda artıq mövqeyinin zəifləməsi demək olacaq”, - deyə Hovhanisyan bildirib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az