Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

İnterAz SalamNews-a istinadla xəbər verir ki, “Mavi-Bəyaz” siyasi cinahının lideri Beni Qants baş nazir Netanyahunu tutduğu bütün postlardan istefa verməyə və mühakimə üçün özünü məhkəmə strukturlarına təslim verməyə çağırıb.

B. Qants prokurorluqdan istəyib ki, Netanyahunu tutduğu bütün postlardan istefa verməyə məcbur etsin.

Qeyd edək ki, İsrail Prokurorluğu ötən gün baş nazirə qarşı rüşvətxorluq, dövlət əmlakını mənimsəmə və dələduzluqla bağlı rəsmən ittihamlar ünvanlayıb.

Netanyahu toxunulmaz olduğunu bildirib və ona qarşı bu addımların çevriliş xarakteri daşıdığını və buna görə istefa verməyəcəyini bəyan edib.

Mənbə: www.interaztv.com