Azərbaycan əsgəri İstanbulu almaq istəyən erməni polkovnikini məhv etdi – 27 il öncə...

Azərbaycan əsgəri İstanbulu almaq istəyən erməni polkovnikini məhv etdi –  27 il öncə...

Qarabağla yanaşı Vana, Ərzuruma, Qarsa göz dikiblərmiş...

Bu gün erməni cəmiyyəti 22noyabr 1942-ci ildə anadan olan və 27 il bundan öncə Qarabağda işğalçılıqmüharibəsi aparan məşhur erməni polkovniki Leonid Azqaldyanın ölümünün 27-ciildönümünü qeyd edib.

Moderator.az erməni mənbələrinəistinadən xəbər verir ki, Azərbaycana qarşı aparılan işğalçılıq müharibəsindəxüsusi qəddarlığı ilə ad çıxaran, Azərbaycanla yanaşı, Türkiyə tortpaqlarına dagöz dikdiyini açıq-aydın dilə gətirən Leonid Azqaldyan, 1992-ci ilin 21 iyuntarixində qəhrəman Azərbaycan əsgərləri tərəfindən Ağdərədəki döyüşlərdə məhvedilib.

Erməni polkovnikininölümünün ildönümü ərəfəsində onunla bağlı xatirələrini dilə gətirən ermənilər,Leonid Azqaldyan və onun timsalında erməni millətçilərinin Türkiyə ilə bağlıplanlarından da bəhs edib. Leonid Azqaldyanın döyüş yoldaşı polkovnik HovsepHovsepyan onun Türkiyə torpaqlarına da göz dikdiyini, ən böyük arzusunun İstanbuluğrunda şəhid düşmək olduğunu bildirib:

“O, ad gününü qeyd etməyisevmirdi. Hər gün onun üçün doğum günü idi, çünki hər gün silah dostları iləbirlikdə idi. O, sovet dönəmində gizli şəkildə düşərgə qurub erməni torpaqlarınıqurtarmaq üçün manevrlər gerçəkləşdirirdi.

O, Qarabağ uğrundavuruşarkən sanki xəyalında Ərzurumu, Vanı, Qarsı azad edirdi. Leonid Azqaldyan deyirdi ki, “əgər gəlib mənimöldüyümü sizə desələr inamayın, çünki mən İstanbul divarları altında şəhidolacam”.

Leonid Azqaldyanla bağlıdeyilənlər ermənilərin hələ sovet dönəmində Azərbaycana qarşı hərbi müstəvidə təxribatlarhəyata keçirdiyini təsdiqləyir. Habelə, deyilənlər ermənilərin Azərbaycanlayanaşı, Türkiyə torpaqlarına da göz dikdiklərini, bu torpaqlara təcavüz etməküçün fürsət gözlədiklərini göstərir.

Həmçinin, bütün bunlaronu deməyə əsas verir ki, Azərbaycan ordusu Qarabağ döyüşlərində yalnız Azərbaycanadeyil, Türkiyə və eləcə də digər türk dövlətlərinin torpaqlarına göz dikən qəsbkarlarıməhv edib və bu, ordumuzun türk dünyası qarşısındakı tarixi xidməti kimi qiymətləndirilməlidir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az