İranda hökumət tərəfdarları da KÜÇƏLƏRƏ ÇIXDI

İranda hökumət tərəfdarları da KÜÇƏLƏRƏ ÇIXDI

İranda hökumət əlehdarlarının ardınca tərəfdarları da küçələrə çıxıb.

Metbuat.az “euronews”ə istinadən xəbər verir ki, ölkənin cənub-şərq və cənub-qərb şəhərlərində hökumət tərəfdarları mitinqlər təşkil edib. Nümayişçilər ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib, benzinin bahalaşmasına görə küçələrə çıxan narazı kütləni tənqid edib.

Qeyd edək ki, İranda benzinin 3 dəfə bahalaşmasına qarşı təşkil olunan etiraz aksiyaları zamanı çox sayda insan həyatını itirib.

Anar Türkeş / Metbuat.az

Mənbə: metbuat.az