Litvanın Ukraynaya hərbi dəstək planı təsdiqlənib.
Axarşaz xəbər verir ki, bu barədə Litva prezidentin müşaviri Darius Kulesius məlumat verib.
Ölkənin milli müdafiə naziri Arvydas Anuşauskas bu planın müxtəlif tədbirləri ehtiva etdiyini bildirib:
"Biz Ukraynaya real praktiki tədbirlərlə, o cümlədən döyüş hazırlığı missiyamız üçün təlimatçıların sayını artırmaq və müəyyən maddi yardım göstərmək niyyətindəyik".
Mənbə: axar.az