Mən ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan görmürəm və biz təminat verə bilmədiyimiz şeyi insanlara vəd edə bilmərik.
Bunu Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sentyabrın 19-da İrəvanda jurnalistlərlə görüşündə bildirib.
“Biz Ermənistanın dostları kimi regionda davamlı sülhün əldə olunmasına töhfə verməyə çalışacağıq”, deyə Rot əlavə edib.
Almaniyalı deputat bildirib ki, Azərbaycan regionda sülh və sabitlik üçün çeviklik nümayiş etdirəcək.
İlkanə Şəvəqqət
Mənbə: konkret.az