Gürcüstanın Fransadakı səfiri Tea Katukiya istefa verib.
“Report”un yerli bürosunun məlumatına görə, o, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) müraciət təqdim edib.
XİN-dən bildirilib ki, T.Katukiya mayın 18-də rəsmi müraciət edib və onun geri çağrılması proseduruna artıq başlanılıb. Yaxın vaxtlarda Fransaya yeni səfirin namizədliyinin irəli sürülməsi üçün işin aparıldığı vurğulanıb.
Qeyd edək ki, T.Katukiya 2019-cu ildə Gürcüstanın Fransada səfiri və ölkənin UNESCO-dakı daimi nümayəndəsi təyin olunub.
Mənbə: report.az