İslam Dövlətinə qoşulan sabiq İrlandiya əsgəri həbs edilib

İslam Dövlətinə qoşulan sabiq İrlandiya əsgəri həbs edilib

İslamı qəbul etdikdən sonra İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya gedən və nəticədə britaniyalı militantla evlənən İrlandiya vətəndaşı bazar günü Dublin hava limanına gələn kimi həbs edilib.

Suriyaya getməzdən əvvəl İrlandiya hərdi qüvvələrində xidmət edən 38 yaşlı Lisa Smit 2 yaşlı qızı ilə birlikdə Türkiyədən deportasiya edilib.

İrlandiyanın ədliyyə naziri Çarlie Flanaqan Dublinə gələndə Lisa Smiti "An Qarda Síochana` adlı milli polis qüvvələrinin qarşıladığını deyib. `Bu həssas bir məsələdir və mən xalqın bütün müvafiq dövlət agentliklərinin bu məsələ ilə məşğul olduqlarını bilmələrini istəyirəm" - deyə, o bildirib.

İrlandiya baş nazirinin müavini Simon Kovoney İrlandiya milli RTE telekanalına verdiyi açıqlamasında mart ayından, Lisa Smitin qaçqın düşərgəsində olduğunu öyrənəndən bəri rəsmilərin onu geri qaytarmağa çalışdıqlarını deyib. O deyib ki, əsas narahatlıq anası İrlandiya vətəndaşı olan uşaq barədədir. Uşaq hazırda Smitin Dundalkdakı qohumlarının yanındadır.

Rəsmilər hansısa qərar verməzdən əvvəl Smiti geniş şəkildə sorğu-sual etməyi planlaşdırırlar. Lisa Smit İslam Dövbləti tərkibində döyüşdüyünü və ya qadın əsgər hazırlanmasında yardım etdiyini inkar edir.

Birləşmiş Ştatlar və bir sıra Avropa ölkəsi İslam Dövlətinə qoşulan vətəndaşlarının geri, ölkələrinə qaytarılmasına qarşıdır.

ABŞ hökuməti bu yaxınlarda İslam Dövləti qrupuna qoşulan Huda Mutana adlı qadının bu ölkədə doğulmasından asılı olmayaraq, Amerika vətəndaşlığından məhrum edilməsi qərarını qüvvədə saxlayıb.

Huda Mutana Nyu-Cersidə Yəməndən olan bir diplomat ailəsində doğulub və Alabamada boya-başa çatıb.

Lakin noyabrın ortalarında Türkiyə hökumətinin yaydığı məlumatda Amerika vətəndaşı olan və İslam Dövlətinin üzvü olmaqda şübhəli bilənən şəxsin ABŞ-a deportasiya edildiyi bildirilib.

Türkyə Daxili İşlər Nazirliyi bildirib ki, Məhəmməd Dərviş Türkiyə ilə Yunanıstan arasındakı neytral zonada bir neçə gün qaldıqdan sonra ölkəsinə geri göndərilib. Nazirlik əlavə edib ki, Birləşmiş Ştatlar əvvəlcə onu qəbul etməkdən imtina etsə də, sonradan geri qaytarılmasına razılıq verib.

Məhəmməd Dərvişin ekstradisiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşündən sonra həyata keçirilib.

Mənbə: www.amerikaninsesi.org