ERMƏNİLƏR GÜRCÜ TORPAQLARINI QARIŞ-QARIŞ ƏLƏ KEÇİRİR - Abxaziya da Ermənistana "daxil edildi"

ERMƏNİLƏR GÜRCÜ TORPAQLARINI QARIŞ-QARIŞ ƏLƏ KEÇİRİR - Abxaziya da Ermənistana "daxil edildi"

"Separatçı Abxaziyada çox tez-tez erməni bayramları keçirilirdi. Noyabrın 7-də ermənilərin tam məskunlaşdığı, amma bir vaxtlar gürcü kəndi olmuş Tavisuplebada "Amshen" bayramı da təmtaraqlı şəkildə keçirildi. Ancaq bir ay belə keçmədi, burada yeni bir erməni bayramı başladı. Bu dəfə 1 dekabr 2019-cu ildə Qudauta rayonunun Mtsara kəndində Türkiyədən gələn erməni mühacirlərinin məskunlaşmasının ildönümü qeyd olundu".
Muxalifet.az bu haqda "Sputnik Abxaziya"ya istinadən xəbər verir.
Sayt yazır ki, Mtsara 140 il əvvəl Abxaziyanın ilk erməni kəndi olub. İndi sakinlər bu kəndin ildönümünü qeyd ediblər:
"Kənd sakini Svetlana Torosyan deyib: "Biz yalnız Mtsara almalarını deyil, həm də nəsildən-nəslə ötürdüyümüz əcdadlarımızın reseptlərini gətirdik. Ancaq təbii ki, yerli sakinlərdən çoxlu milli yeməklər öyrəndik. Bu gün bütün bu yeməkləri qonaqlara təqdim edirik. Bunlar dolma, abısta, açaşv, satsivi və kababdır. Bütün yeməklərin reseptlərini nəsildən-nəsilə ötürürük. Bu reseptləri gənclərimizə ötürməyə çalışırıq ki, onlar da belə ləzzətli bişirsinlər".
Ümumiyyətlə, erməni milli adət-ənənələri və yenəkləri əsasən başqa xalqlardan alınmadır. Artıq təkcə Azərbaycan dolması deyil, həm də gürcü "satsivi"si də erməni yeməyi kimi təqdim olunur. Hansı ki, bu, əvvəllər əzəli gürcü torpağı olan Abxaziyanın sürətlə erməniləşdirilməsi fonunda təəccüblü deyil.

Abxaziya erməniləri “iqtisadi çətinliklərdən” şikayət etsələr də, görünür, yerli erməni bayramlarını keçirmək üçün kifayət qədər pulları var. Bəs erməni millətçiləri əslində nəyi qeyd edirlər?
İş ondadır ki, hazırki “toy-bayram” əslində 300 mindən çox gürcü qaçqının öz evlərinə qayıda bilmədiyi işğal olunmuş Gürcüstan ərazisində baş tutur. Onları qovan ermənilər, öz millətçilərinin fikrincə, artıq geri dönülməz hala gəlmiş “yad torpaqların” hiyləgərcəsinə ələ keçirilməsini bayram kimi qeyd etməyə başlayıblar.
1992-1993-cü illər müharibəsindən dərhal sonra, bu, o qədər də nəzərə çarpmırdı. Amma bu gün abxaz etnosunun deqradasiya və yox olma prosesini, xüsusən də separatçı rejimin mövcudıuğu şəraitində dayandırmaq mümkün deyil.
Abxaz dili separatçı təhsil ocaqlarından qovurlar. Doğma kəndlərgözümüzün qabağında yox olur. Onun son müdafiəçilərini ini tərk edən abxazlar "tutduqları" gürcü evlərində ailəcə məhv olurlar. Abxaziyanın gənc nəsil narkomaniya və kriminalın artması nəticəsində kütləvi şəkildə ölür. Separatçı ərazidə olan abxazların bir xalq olaraq gələcəyi yoxdur. Erməni millətçiləri bunların hamısını görür və yad torpaqların onlara “miras kimi” keçməsinə görə sevinclərini gizlətmirlər.
Aydındır ki, erməni lobbisindən asılı olan separatçı orqanların Abxaziyadakı daşınmaz əmlakı və torpaqları separatçı “respublikanın” vətəndaşı olmayan ermənilərə satması ilə bağlı qətnamə məsələsi yaxın gələcəkdə gündəmə gələcək. Bundan sonra ermənilərin Abxaziyaya axını başlayacaq.
Ancaq torpaq və daşınmaz əmlak məsləsinə hələ "baxılmalıdır". Buna görə də bu torpaqların "yeni erməni diyarı" kimi təqdimatı aparılır. Həm Rusiya Federasiyasındakı, həm də Ermənistan Respublikasındakı erməni icmaları içində "Erməni Abxaziyası"nın hər yolla təbliğatı gedir.
Əvvəllər Rusiya Federasiyası və Ermənistandan olan ermənilər yalnız yay tətil mövsümündə Abxaziyaya gəlirdilər. İndi Abxaziyanın erməni icmasının başçıları onların ilboyu gəlmələrinə çalışır. Xüsusilə payız və qışda rus turistlərinin olmadığı bir vaxtda Rusiyadan gələn ermənilər bura axışdığı üçün Abxaziyanın artıq "erməni diyarına" çevrildiyi açıqca görünür.
Bunu görmək üçün Qaqra və Suxuminin küçələrində gəzmək də kifayətdir. Yaxşı görünüşlü insanlar ermənidir. Onlara təhlükəsiz şəkildə yaxınlaşa, İrəvanda və ya Gümrüdə olduğu kimi, erməni dilində salamlaya bilərsiniz.

Yerli abxazlar son vaxtlar çox az nəzərə çarpır. Bunlar açıqca depressiyaya meylli yaşlı insanlar və narkotik sərxoşluğu vəziyyətində işsiz-gücsüz gəzən gənclərdir. Odur ki, abxazların özlərinə aid torpaqları qoruyub-saxlaya bilməyəcəklərini görmək üçün onlara yalnız bir nəzər atmaq bəsdir.
Bu fonda, erməni bayramları gürcüləri qovan və indi sevinib bayram edən abxazların cəsədi üzərində şənlənən və rəqs edən qaliblərin təntənəsi kimi görünür.
Abxaziyanın erməni icması öz bayramları ilə əslində dünya erməniləri üçün "yeni Ermənistan"ın təqdimatını edir. Təsadüfi deyil ki, maddi vəziyyəti o qədər də pis olmayan Rusiya Federasiyasının Krasnodar diyarından olan erməni qonaqları Mtsara kəndinin ildönümlərinə qatılıb.
Əslində, erməni millətçiləri "Ermənistan dövləti" adı altında yeni ərazini elan edirlər. Üstəlik, bu yeni erməni dövlətçiliyinin təməli separatçı statusda olan Gürcüstan Abxaziyası olacaq.
Belə getsə, ermənilərin separatçı ərazidə tam hakimiyyətə gəlməsi, yəqin ki, çox yaxın gələcəkdə baş verəcək. Elə Abxaziyanın erməni miqrantlarının "yeni hissələri" ilə kütləvi məskunlaşması da.
Ülviyyə ŞÜKÜROVA,
Muxalifet.az

Mənbə: muxalifet.az