Tarixən də mövcud olan ərazi iddiaları, ölkələrin güclü görünmək istəkləri müasir dövrdə də özünü göstərir.
Baş verən müharibələrin, alınan, ya da işğal edilən ərazilərin hamısında doğru strategiyadan əlavə ölkələrin ordularının güclü olması da əhəmiyyət kəsb edir.
Keçmiş zamanlarda da olduğu kimi ordusu güclü olan ölkələr daha güclü və daha çox söz haqqına malikdir.
Gundem.az ən güclü orduya malik ölkələri araşdırıb.
ABŞ
ABŞ ordusu güc və fəaliyyətinə görə dünyada birinci pillədədir. Hərbi büdcəsi 750 milyard dollar olan ABŞ ordusu beş hissəyə bölünür: Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Piyada Qoşunları, Sahil Mühafizəsi. ABŞ ordusunda fəaliyyət göstərən ümumi hərbi personal sayı isə 2 milyon 260 min nəfərdir. 2,855 qırıcı təyyarə, 6,289 döyüş tankına sahib ABŞ ordusu, eyni zamanda 40 minə yaxın zirehli texnikaya malikdir. Neft baxımından xarici ölkələrdən asılı olan ABŞ, ordusuna və müdafiə sisteminə 750 milyard dollarlıq büdcə ayıraraq dünyada 1-ci ən böyük müdafiə sisteminə malik ölkədir. Amerika özü yeriyən, uzaqdan idarə olunan, pilotsuz quru robotları ilə də birincliyə sahibdir. Bu robotlar təkmilləşdirilmiş sensorlarla təchiz olunmuş hər şəraitə uğrun davranan robotlardır. Dünyadakı bütün silah ixracatının 36 faizi Amerikanın payına düşür. Amerikanın 150-yə yaxın ölkədə 800 civarında hərbi bazası var.
Çin
Dünyanın ən böyük ordusuna sahib ikinci ölkə Çindir. 237 milyard dollar müdafiə büdcəsi olan Çin ordusunun 2.500.000 əsgəri var. 1.232 döyüş təyyarəsi, 3.500 döyüş tankı olan Çinin ümumilikdə 3.210 döyüş təyyarəsi və helikopterə sahibdir. Çin ordusunda əsgərlik müddəti 18-49 yaş arasıdır. Dünyada müdafiə sisteminə ən çox pul xərcləyən ikinci ölkə Çindir. Çinin ən böyük hədələrindən biri dünyanın ən böyük dəniz gücü olmaqdır. Dəniz gücü qlobal gücün qaynağıdır. Hazırda 350 hərbi gəmi ilə Çin dünyanın ən böyük dəniz donanmasına sahibdir. Bu ölkə 2030-cu ilə kimi donanmasındakı gəmi sayını 425-ə çatdırmağı planlaşdırır.
Rusiya
Ordusu güclü olan digər ölkə isə Rusiyadır. Rusiyanın quru qoşunlarında 91 min ədəd hərbi texnika var. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiyev rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. Rusiya müdafiə sistemi Rusiya Silahlı Qüvvələri, Rusiya Quru Qoşunları, Rusiya Hərbi Hava Qüvvələri, Rusiya Hərbi Dəniz Qüvvələri, Strateji Raket Qoşunları, Rusiya Aerokosmik Qoşunları, Rusiya Hava-Desant Qoşunları olaraq 6 qoşun növünə bölünür. Rusiyanın müdafiə sisteminin hərbi büdcəsi isə 90 milyard dollardır. Rusiya dünyaya ən çox silah satan ikinci ölkədir. Rusiya bəzi sahələrdə birinci olsa da, onu Qərbdən geridə qoyan sahələr də çoxdur. Məsələn, pilotsuz, yəni insansız hava aparatları sahəsində Rusiya hətta İrandan da geridədir.
İsrail
İsrail çox varlı ölkə olmasa da, onun ordusu dünyanın güclü orduları sırasındadır. İsrail tarix boyu bir çox ölkələrlə müharibə etmiş və qələbə qazanmışdır. İsrail Silahlı Qüvvələrinin (İDF - the Army of Defense) büdcəsi 20 milyard dollar təşkil edir. Əsgərlik müddəti kişilər üçün 36 ay, qadınlar üçün 24 aydır. İsrail silahlı qüvvələrinin sayı tam səfərbərlik zamanı (ərazi müdafiə bölmələri, vətəndaş müdafiəsi dəstələri, sərhəd və sahil mühafizəsi) 631 min nəfər civarında dəyərləndirilir. Həqiqi hərbi xidmətdə olanların sayı isə, 186 min nəfərdir. 133 min Quru Qoşunlarında, 9,5 min nəfər dəniz donanmasında, 34 min nəfər Hərbi Hava Qüvvələrində xidmət edir. Yarımhərbi heyət 8 min nəfərdir. İsrailin inhisarında 3930 tank var. Onların böyük bir hissəsi (1400 ədəd) İsrail istehsalı olan I, II, III, IV model yerli istehsal olan “Merkava” tanklarından ibarətdir. 8040 zirehli transportyoru və zirehli maşını olan İsrailin artilleriya silahlarının sayı 1350-ni ötür.
Hindistan
Hindistan 1.300.000 əsgər ilə ən qədim orduya malikdir. Bununla belə, dünyada ən çox könüllü əsgəri olan dövlət Hindistandır. Hindistan Silahlı Qüvvələri üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri. Hindistan Silahlı Qüvvələri eyni zamanda Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir. 538 qırıcı təyyarə, 4.292 döyüş tankı olan Hindistanın hərbi büdcəsi 61 milyard dollardır. Hindistan dünyanın ən böyük ikinci silah idxalçısıdır. Əsas tədarükçüsü isə Rusiyadır.
Yaponiya
Yaponlar II Dünya müharibəsində ağır məğlubiyyətə uğrasalar da, tez ayağa qalxıb dünyanın öndə gedən iqtisadi güclərindən birinə çevrildilər. Bu, dünyada “yapon möcüzəsi” adlanır. Yaponiyanın ən böyük qorxusu ona ən yaxın olan Şimali Koreya və Çindir. Şimali Koreyanın nüvəsi, Çinin get-gedə daha iddialı olması Yaponiyanın öz təhlükəsizliyini daha da təkmilləşdirməyə məcbur edir. Müdafiə Qüvvələrində əsgər sayı 247 min 160 nəfərdir. Yaponiya müdafiə sisteminə xərclənən vəsait 49 milyard dollardır.
Semra Ələkbərli
Mənbə: gundem.az