Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd edək ki, 2013-cü ildə sızdırıdığı sənədlərlə ABŞ-ın Britaniya kəşfiyyatı ilə bütün dünyada telefon dinləmələri apardığını ortaya qoyan Snouden həmin ildən Rusiyada daimi yaşayış icazəsi ilə yaşayır.
Mənbə: news.milli.az