Niderland həmişə Nikaraquaya təzyiqlər edərək ölkədə müxalifətə qarşı təzyiqləri, repressiyaları dayandırmağa çağırıb. Nikaraqua öz növbəsində bildirib ki, Niderlandın nə ixtiyarı var ki, onun daxili işlərinə qarışsın, ona göstəriş versin və Amsterdamla diplomatik əlaqələrini kəsdiyini bəyan edib.
Mərkəzi Amerika ölkəsi onu da bildirib ki, Niderlandın daim ona qarşı yürütdüyü təhdid və təhqir onu məcbur edib ki, Niderlandla əlaqələrə birdəfəlik son qoysun və Niderlandla bütün əlaqələrini kəsdiyini bildirib.
Qəzənfər QASIMOV
Mənbə: xalqqazeti.com