ABŞ İrana qarşı ordu göndərir - Minlərlə texnika, döyüş gəmiləri və...

ABŞ İrana qarşı ordu göndərir - Minlərlə texnika, döyüş gəmiləri və...

ABŞ İrana qarşı 14 min əsgər yollayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti iddia yayıb.

Qəzet Tramp Administrasiyasının Yaxın Şərqə minlərlə əsgər göndərəcəyini planlaşdırdığını adı açıqlanmayan ali səlahiyyətli rəsmi mənbəyə istinadən xəbər verib. Bildirilib ki, İrana qarşı 10-dan çox döyüş gəmisi, mindən çox hərbi sursat göndəriləcək. Qeyd edilib ki, ordunun göndərilməsi bu ay ərzində olacaq.

İddia reallığa çevrilərsə, ABŞ-ın Yaxın Şərqdəki hərbçi sayı ikiqat artacaq.

Mənbə: publika.az