Ağır xəstəlikdən əziyyət çəkən rus deputat öldü

Ağır xəstəlikdən əziyyət çəkən rus deputat öldü<span class="qirmizi"></span>

Rusiya Dövlət Dumasının deputatı Nikolay Petrunin vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının saytında məlumat verilib. “Nikolay Yuryeviç peşəkar və məsuliyyətli insan idi, seçicilər ona etimad edirdilər”, - məlumatda Dövlət Dumasının spikeri Vyaçeslav Volodindən sitat gətirilib.

Petrunin Energetika Komitəsi sədrinin birinci müavini olub. 2016-cı ildən Dumada Tula vilayətini təmsil edib. Palatanın saytı deputatın ağır xəstəlikdən sonra dünyasını dəyişdiyini yazıb.

Tural Tağıyev

Mənbə: azvision.az