ABŞ 4 gün sonra Rusiya ilə bağlı qərarını verəcək

ABŞ 4 gün sonra Rusiya ilə bağlı qərarını verəcək

ABŞ Senatı 11 dekabr tarixində “Rusiyanın pis niyyətli fəaliyyətinin qarşısının alınması və bu ölkənin terrorizm sahəsində fəaliyyəti” adlı qanun layihəsini müzakirəyə çıxaracaq.

Axar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sorğusuna əsasən, Rusiyanın terror dövləti olub-olmaması müəyyənləşdiriləcək.

Qeyd edək ki, bundan öncə Dövlət Departamentinin açıqlamasında Rusiyanın terrorizmi maliyyələşdirən ölkə olmadığı vurğulanmışdı.

Mənbə: axar.az