İran Bakının canına qorxu salmaq üçün bu dəfə... - TƏHDİDLƏR ARTIR

İran Bakının canına qorxu salmaq üçün bu dəfə... - TƏHDİDLƏR ARTIR<span class="qirmizi"></span>

"1979-cu ildən İranda inqilab baş verdikdən sonra, molla rejimi regionda təhlükəsizlik arxitekturasına böyük təhlükə formalaşdırıb və regionda təhlükəsizlik seqmentinin gücləndirilməsinə bu gün böyük ehtiyac var".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində önəmli addımlar artırılır:

"Hakimiyyəti qorumaq üçün necə ki, İran-İraq müharibəsi baş verdi və həmin dövrdə də ideoloji zəmində "Qüdsə gedən yol Kərbaladan keçir" kimi fikirlər irəli sürülürdü. Bu gün də İran təbliğatı həm də təxribatları genişləndirərək, "Qüdsə gedən yol Bakıdan keçir" şüarını səsləndirirlər.

Nəzərə almaq lazımdır ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi həm də İran tərəfini böyük narahatlıqlara düçar edib. İran tərəfi Azərbaycanın güclənməsini, güclü orduya sahib olmasını qəbul etmir, gözü götürmür və paxıllıqla yanaşır, ölkəmizə qarşı təhdidlərin sayı getdikcə artmaqdadır.

Bu xüsusda İran tərəfi anlamalıdır ki, Vətən müharibəsindən sonra 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb və bu bəyannamə həm də böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin qorunmasına yönəlib. Ona görə, istər ideoloji müstəvidə təhdid ritorikasının davam etdirilməsi, istər Xəzər dənizi vasitəsi ilə Bakı Buxtasına hücumların təşkil olunması ilə bağlı iddialar, proqnozlar tamamilə qəbulolunmazdır və Azərbaycan bütün tədbirləri görəcək ki, təhlükəzisliyimiz daha da möhkəmləndirilsin.

Belə bir məqamda həm də Silahlı Qüvvələrin Baş Qərargah rəisi General-polkovnik Kərim Vəliyevin ABŞ-a səfəri və orada amerikalı admiralla görüşü də məhz Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına və müdafiə silahlarının ölkəmizə verilməsinə hesablanıb.

Bizim üçün aydın olur ki, ölkəmizə qarşı təhdidlərin-təxribatların sayı-hesabı yoxdur və Ermənistan tərəfi də burada öz lobbisi vasitəsi ilə fəaliyyətini genişləndirir. Ona görə də təhdid ritorikasına son qoymaq, yeni geosiyasi reallıqlarla barışmaq lazımdır. Regional nəqliyyat və kommunikasiya xəttlərinin açılması bu gün zərurətdir və bununla yalnız xalqların rifahını təmin etmək mümkündür".

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az