Prezident: Aksiyaçılara hücumu onlar edib...

Prezident: Aksiyaçılara hücumu onlar edib...

Ötən gecə paytaxt Bağdadda etirazçılara edilən hücum qeyri-qanuni təşkilat və ya silahlı dəstə tərəfindən törədilib.

Axar.az xəbər verir ki, bunu İraq Prezidenti Bəhram Saleh deyib.

Etirazçıların dinc nümayiş keçirmək haqqı olduğunu söyləyən Prezident onların həyati təhlükəsizliyindən hüquq-mühafizə orqanlarının məsuliyyət daşıdığını, günahkarların hakim qarşısına çıxarılması gərəkdiyini bildirib.

Qeyd edək ki, ötən gecə İraqın paytaxtı Bağdadda etirazçılara anonim şəxslər tərəfindən atəş açılması nəticəsində 16 nəfər həlak olub.

Mənbə: axar.az