Tofiq Yaqublu Müsavatın seçkidə iştirakla bağlı qərarına qarşı çıxdı

Tofiq Yaqublu Müsavatın seçkidə iştirakla bağlı qərarına qarşı çıxdı

Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Milli Şuranın üzvü Tofiq Yaqublu partiyanın 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarına qarşı çıxıb.

Pravda.az-ın xəbərinə görə, T.Yaqublu boykotun tərəfdarı olduğunu açıqlayıb.

“O fikirlə razıyam ki, seçkiyə gedənləri və ya boykot edənləri xəyanətdə, satılmaqda suçlamaq doğru deyil. Amma dəfələrlə demokratik müxalifətinin seçkilərə qatılmasına, saxta nəticələrə qarşı fədakarlıqla etiraz etməsinə baxmayaraq heç nəyin dəyişmədiyi bir məmləkətdə, seçkiyə getmək üçün "əvvəllər də boykot etmişdik, heç nə dəyişmədi" arqumentindən istifadə etmək çox absurd görünür. Başqa arqument fikirləşin...” – T.Yaqublu qeyd edib.

O bildirib ki, dəfələrlə, özü də indikindən xeyli münbit şəraitdə olan seçkilərdə iştirak olub, amma hədəflərə çatmaq mümkün olmayıb.

Müsavat başqanlığına sabiq namizəd Yadigar Sadıqlı isə T.Yaqubluya belə cavab verib: ""Əvvəllər də iştirak etdik, heç nə dəyişmədi” yanaşması kimi, təxminən, “Əvvəllər də mitinq etdik, nə dəyişdi?" yanaşması var".

Mənbə: pravda.az