Qvatemala  konqresinin I vitse-prezidenti də  Xankəndinə gəldi…

Qvatemala  konqresinin I vitse-prezidenti də  Xankəndinə gəldi…

Yenə "qara siyahı", bəyanat, nota, mənasız danışıqlar, bəs sonra?.. Hər gün "Qarabağa nə vaxt dönürük?" soruşan qoca ata-analarımıza nə cavab verək?...

Qvatemala Respublikası konqresinin 1-ci vitse-prezidenti Felipe Aleksos Lorensan və konqres üzvü Xuan Ramon Lau Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza gəlib.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, əvvəlcə İrəvanda olmuş üzzdəniraq qonaqlar separatçı rejim rəhbəriyi ilə görüşə Ermənistan parlamentinin nümayəndə heyəti ilə birgə gəlib. Qondarma erməni rejiminin “parlament” sədri sayılan Aşot Qulyanla görüşən Qvatamala qanunverici(!) orqanının nümayəndələri separatçı rejimlə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edib.

P.S. Yenə "qara siyahı", bəyanat, nota, mənasız danışıqlar, bəs sonra?.. Hər gün "Qarabağa nə vaxt dönürük?" soruşan qoca ata-analarmıza nə cavab verək?...

Sultan Laçın

Mənbə: moderator.az